"Qarabağ"ın sabiq futbolçusu Kadi Borges gələcəsi haqda qərar verib.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçinin agenti Helsio Alisk yerli mətbuatına açıqlamasında futbolçunun komandada qalacağını bildirib:
"Kadinin bu qış "Krasnodar"ı tərk etmək planı yoxdur. Onunla Səudiyyə Ərəbistanının bir neçə klubu maraqlanırdı. Əminəm ki, yazda Kadi “Krasnodar”a çempionluq uğrunda mübarizədə kömək edəcək və yenidən start heyətində yerini alacaq”.