"Zenit"in futbolçusu Vendel bu yay komandanı tərk edə bilər.
Offsideplus.az jurnalist Fabio Aleyksonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi yarımmüdafiəçinin ayrılmaq istəyəcəyi təqdirdə ona yeni klub axtarmasına icazə verəcək.
Lakin hələlik Vendelin gedişi ilə bağlı rəsmi danışıqlar aparılmadığından o, tətilinin sonunda Rusiyaya qayıtmalıdır. Hazırda braziliyalı futbolçunun klubun təlim-məşq toplanışı olduğu yerə gələcəyi gözlənilir.
25 yaşlı "sambaçı" 2020-ci ilin oktyabrında 20,3 milyon avroya "Sportinq"dən (Lissabon) Rusiya klubuna keçib.
O, ötən mövsüm "Zenit"in heyətində bütün turnirlərdə 33 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə verib.
Fəqan İbrahimli