“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Danışıqların yekununa əsasən futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar” klubu ilə rəsmi müqavilə imzalayacaq. Keçid rəsmiləşdikdən sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək.