Rusiyalı məşqçi Yuri Syominin yeni iş yeri bəlli olub.

Offsideplus.az xəbər verir ki, 74 yaşlı mütəxəssis "Rostov"un baş məşqçisi təyin edilib. Premyer Liqa klubunun mətbuat xidməti onunla 2 illik müqavilə imzalandığını açıqlayıb.

Syomin bu vəzifədə Rusiya millisinə baş məşqçi təyin olunan Valeri Karpini əvəzləyib.

Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb. Onun son klubu Moskva "Lokomotiv"i olub.