Türkiyəli legioner Gökdəniz Qaradəniz “Rubin”də son ev oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Gökdənizin “Rubin”dəki xidməti Tatarıstan Respublikasının rəhbərliyi tərəfindən də qiymətləndirilib. Tatarıstan prezidentinin sərəncamı ilə Gökdəniz Qaradəniz ordenlə mükafatlandırılıb.

Ona “Tatarıstan Respublikasına xidmətlərinə görə” ordeni təqdim olunub. Gökdəniz “Rubin”də 300-cü oyununu keçirib. O, mövsümün sonunda karyerasını bitirəcəyni bildirib.