"Zenit" "Qremio"nun futbolçusunu transfer etmək istəyir.
Offsideplus.az "Todofichajes"ə istinadən xəbər verir ki, Rusiya təmsilçisi 23 yaşlı hücumçu Pepe Kossa üçün 20 milyon avrosundan keçməyə hazırdır. Lakin "Zenit"in istəyinin baş tutacağı inandırıcı görünmür. Əvvəla ona görə ki, futbolçu ona maraq göstərən bir başqa klubda - "Portu"da oynamaq istəyir. Portuqaliyalılar Pepeyə görə 17 milyon avro ödnəmək niyyətindədir. Növbədə duranlar arasında "Sevilya" da var.
Qeyd edək ki, hücumçunun "Qremio" ilə müqaviləsi 2024-ün yayına qədərdir. O, cari mövsümdə meydana çıxdığı 21 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə verib.