Tanınmış italyan mütəxəssisin adı Rusiyada gündəmə gəlib.
Söhbət vaxtilə "Zenit"i çalışdırmış, "İnter" və "Roma" kimi komandaların "sükanı arxasında" olmuş Luçano Spalettidən gedir.
Offsideplus.az xəbər verir ki, Rusiya təmsilçilərinin avrokuboklarda biabırçı nəticələrindən sonra aparıcı klublar Spalettinin izinə düşüb. 1 ildir işsiz qalan mütəxəssislə "Zenit", "Spartak", "Lokomotiv" və ÇSKA maraqlanır. Lakin təcrübəli çalışdırıcı karyerasını "böyüş beşlik" ölkələrinin birində davam etdirmək istəyir.
Qeyd edək ki, 2009-14-cü illər aralığında "Zenit"i çalışdıran Spaletti 2 dəfə Rusiya çempionu olub, hərəsi 1 dəfə olmaqla ölkə kubokunu və superkuboku qazanıb.