Rusiyanın "Dinamo" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırdır.

Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisi Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatasının qərarı ilə razılaşmır.

Paytaxt klubu qərarın əsaslanmasını gözləyir və daha sonra CAS-a müraciət edəcək. "Dinamo" həmçinin yeni futbolçuları qeydiyyatdan keçirilməsi qadağasında kritik bir şeyin olmadığını düşünür.

Qeyd edək ki, RFS-in Mübahisələrin Həlli Palatası Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları olduğu üçün "Dinamo"ya cəza verib.