"Rubin" klubunun baş məşqçisi təyin olunacağı gözlənilən Leonid Slutski Kazan təmsilçisinin bazasına gedib.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis klubun infrastrukturu ilə tanış olub.

"Rubin" L.Slutskinin təyinatını bu gün rəsmən elan edəcək. Onunla yaxın vaxtlarda 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Rubin" Rusiya Premyer Liqasında hazırda 19 xalla 13-cü pillədə qərarlaşıb. Komanda oktyabrın 5-dən qələbə qazana bilmir.