"Ən başlıcası "Jilina" ilə xoş xatirələrim var. Bu, Slovakiya çempionatında qazandığımız qələbələrlə bağlıdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Krılya Sovetov"un futbolçusu Ramil Şeydayev klubun saytına açıqlamasında deyib.
Rusiya klubu Dubay toplanışı çərçivəsində ilk yoxlama matçını bu gün Slovakiyanın "Jilina" komandasına qarşı keçirəcək. Bununla bağlı danışan milimizin hücumçusu sabiq komandasının oyun üslubu ilə bağlı fikirlərini bildirib: "Jilina"nın nəticələrini izləməyə çalışıram. Amma komandadan heç kimlə əlaqə saxlamıram. Deyə bilmərəm ki, komandada nələr dəyişib. Göründüyü kimi, klub gənc futbolçuları yetişdirib satır. Əsas məqsədləri budur. Slovakiya çempionatında bu komanda ilə çoxlu qol vurmuşuq. Hücum futbolu oynamaq xoş idi. Məncə, bizimlə görüşdə də hücum futboluna üstünlük verəcəklər. Bunun üçün gənc futbolçuları var. "Jilina" öz çempionatının liderlər qrupunda qərarlaşıb. Ancaq biz də qələbə üçün çalışacağıq".
Qeyd edək ki, 2017-ci ildə "Jilina"da çıxış edən Şeydayev 13 oyuna 5 qol vurub.