"Sport-Express" nəşri 50 aparıcı idman jurnalisti və şərhçisi arasında XXI əsrin ən yaxşı rusiyalı baş məşqçisini müəyyənləşdirmək üçün sorğu keçirib.

Offsideplus.az xəbər verir ki, səsvermədə mütəxəssislərin yalnız 1 yanvar 2001-ci ildən sonrakı uğurları nəzərə alınıb və əcnəbilərə səs vermək qadağan edilib (SSRİ-də doğulanlar istisna olmaqla).

Sorğunun nəticələrinə əsasən ilk "3-lük" belə formalaşıb:

1-ci yer – Yuri Syomin: "Lokomotiv" ilə bu əsrdə Rusiya çempionluğu və 3 ölkə kuboku qazanıb. O, 18 nəfərin səsverməsində ilk sırada yer alıb.

2-ci yer – Valeri Qazzayev: ÇSKA ilə UEFA Kubokunu, 3 dəfə Rusiya çempionluğunu və 4 kuboku qazanıb. 15 nəfər onu 1-ci pilləyə layiq görüb.

3-cü yer – Kurban Berdiyev: "Rubin" ilə ikiqat Rusiya çempionu,"Rostov" ilə gümüş mükafatçı olub. O, 6 dəfə 1-ci yerdə göstərilib.

İlk onluğa həmçinin Sergey Semak, Stanislav Çerçesov, Leonid Slutski, Oleq Romantsev, Murad Musayev, Valeri Karpin və Vladimir Fedotov daxil olublar.