Ötən gün Almaniyanın Oberstdorf şəhərində keçirilən fiqurlu konkisürmə üzrə “Bavaria Open 2023” yarışına start verilib.
Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycan tək konkisürmədə bir yeniyetmə idmançı, həmçinin buz üstündə rəqs növündə 1 yeniyetmə cütlük və 2 böyük cütlükdən ibarət komanda ilə təmsil olunur.
İdmançılarımız arasında Səbinə Əliyeva tək konkisürmədə qısa proqram üzrə çıxış edərək 45,36 xal toplayıb və 19 idmançı arasında 4-cü yerə sahib olub. Bu gün isə Səbinə Əlievanın sərbəst proqram üzrə çıxışı nəzərdə tutulub.
Fevralın 3-də həmçinin buz üstündə rəqs növündə yeniyetmə cütlüyümüz Anna Obrien və Stiven Vey ritm rəqs üzrə öz çıxışlarını edərək yüksək nəticə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki yarış fevralın 5-dək davam edəcək.