Qazaxıstanın Almatı şəhərində Denis Tenin xatirəsinə həsr olunmuş fiqurlu konkisürmə üzrə beynəlxalq turnir keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 21 yaşlı idmançımız qısa proqramda 188,77 xalla bürünc medala sahib çıxıb.
19 yaşlı Qazaxıstan təmsilçisi Dias Jirenbayev gümüş, Gürcüstandan Nioka Eqadze isə qızıl medal qazanıb.