Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı idmançı qısa proqramda 85.83 xala layiq görülüb.

30 idmançı arasında 13-cü yeri tutan Litvintsev növbəti mərhələyə yüksəlib. O, martın 26-da sərbəst proqramda çıxış edəcək.

Qeyd edək ki, martın 21-də start götürən mundialda Azərbaycanı Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üzərində rəqs üzrə yığmanın üzvləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovski təmsil edir.

Ryabova martın 25-də sərbəst proqramda çıxış edəcək. Kuznetsova və Kolosovski isə 25-26 martda qısa və sərbəst proqramda məharətlərini göstərəcəklər. Dünya çempionatı martın 27-də başa çatacaq.