Rusiyada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

Offsideplus.az xəbər verir ki, martın 12-də Gənclər Liqasında Yaroslav "Lokomotiv"i ilə Sankt-Peterburq "Dinamo"su arasında baş tutan hokkey qarşılaşmasında şayba qonaqların kapitanının başına tuş gəlib. Nəticədə Timur Fayzutdinov huşunu itirərək buzun üstünə yıxılıb. Ətrafdakıların və təcili tibbi yardım əməkdaşlarının köməkliyi sayəsində ağır xəsarət alan hokkeyçi dərhal xəstəxanaya aparılıb. 

Həkimlər iki gün çalışsalar da, 19 yaşlı idmançını həyata qaytarmaq mümkün olmayıb.