İngiltərə futbolunun əfsanəvi isimlərindən olan Ueyn Runi gənc mütəxəssis Liam Rozinyoru yüksək qiymətləndirib və onun “Çelsi” kimi yüksək səviyyəli klubda da uğur qazana biləcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, Runi açıqlamasında deyib:
“Düşünürəm ki, Liam Rozinyor çalışdığım ən yaxşı məşqçilərdən biridir — bunu tam səmimi deyirəm. O, ‘Çelsi’yə gedib çox yaxşı iş görəcək qədər bacarıqlıdır.”
Runi, həmçinin qeyd edib ki, Rozinyorun onun məşqçilik karyerasına böyük təsiri olub:
“Liam mənim üçün xüsusilə vacib idi — ilk dəfə ‘Derbi Kaunti’yə baş məşqçi kimi getdiyim vaxt. Mən o vaxta qədər heç vaxt məşqçilik etməmişdim. Liam məşqçilik baxımından inanılmaz dərəcədə güclü idi. Mən daha çox komandanın idarəçiliyi və futbolçularla münasibətlərlə məşğul olurdum. Ondan çox şey öyrəndim.”
Runi sözlərinin sonunda Rozinyorun gələcəkdə daha böyük layihələrdə uğurlu olacağına inandığını vurğulayıb.



