“Çelsi”nin sabiq baş məşqçisi Enzo Maresca klubdan ayrıldıqdan sonra “Instagram” hesabında vida mesajı yayıb.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis paylaşımında belə yazıb:

“Bu dünyanı tapdığınızdan bir az daha yaxşı halda tərk edin.”

Maresca bildirib ki, “Çelsi” ilə yoluna Konfrans Liqasının ilkin mərhələlərindən başladığını və indi klubdan daxili rahatlıqla ayrıldığını hiss edir:

“Nüfuzlu bir klub olan “Çelsi”ni layiq olduğu yerdə buraxaraq gedirəm.”

O, həmçinin, son 18 ay ərzində göstərdikləri dəstəyə görə azarkeşlərə təşəkkür edib və bu müddətdə əldə olunan nailiyyətləri xatırladıb:

“Azarkeşlərin dəstəyi sayəsində Çempionlar Liqasına vəsiqə qazandıq, Konfrans Liqasını və Klub Dünya Çempionatını qazandıq. Bu qələbələri hər zaman qəlbimdə saxlayacağam.”

Maresca komanda ilə birlikdə çalışan futbolçulara da xüsusi təşəkkür edib və klubun gələcək fəaliyyətində uğurlar arzulayıb.

Vida mesajının sonunda yazıb:

“Məndən və ailəmdən – təşəkkürlər, Çelsi ????.”