Pep Quardiolanın "Mançester Siti"də taleyinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, o, gələn mövsüm “Mançester Siti”də qalmayacaq. 

“Şəhərlilər”lə Pep Qvardiola arasında qarşılıqlı razılıq əldə olunub və tərəflər mövsümün sonunda yollarını ayıracaq. Klub tarixində bir dövr başa çatır.

Baş məşqçi postu üçün əsas namizəd isə hazırda “Çelsi”ni çalışdıran Enzo Mareskadır. İtalyan mütəxəssis daha əvvəl Quardiolanın köməkçisi olub və klub rəhbərliyi onun fəlsəfəni mükəmməl bildiyini düşünür. Buna görə də Mareska Pepin ən ideal varisi kimi görülür.

Danışıqlar erkən mərhələdə olsa da, Mareska artıq “Mançester Siti” rəhbərliyinin favoritidir.