“Çelsi”nin baş məşqçisi Enso Mareska “Bornmut”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra komanda ilə emosional vida nitqi söyləməyib.
Offsideplus.az xəbər verir ki, məlumata görə, italiyalı mütəxəssis oyundan sonra sadəcə paltardəyişmə otağında geyimini dəyişib və futbolçularla danışmadan məkanı tərk edib.
Hadisə Mareskanın klubdakı gələcəyi ilə bağlı yayılan şayiələrin fonunda əlavə diqqət çəkib.



