“Kristal Palas” yeni mövsüm öncəsi mühüm transferi rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi “Tottenhem”dən Brennan Consonu 35 milyon funt sterlinq müqabilində heyətinə qatıb. Bu məbləğ klub tarixinin rekord transferi kimi qeydə alınıb.
Uels millisinin üzvü olan 23 yaşlı hücumçu ötən mövsüm “Tottenhem”in heyətində çıxış edirdi və indi karyerasını “Kristal Palas”da davam etdirəcək.



