“Kristal Palas”ın baş məşqçisi Oliver Qlasner klubla yeni müqavilə imzalamamağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, avstriyalı mütəxəssis qərarını artıq verib və növbəti addımlarla bağlı proseslərin yaxın aylarda dəqiqləşəcəyi gözlənilir.

Buna baxmayaraq, Qlasner hazırkı mövsümə tam fokuslanıb və komanda ilə uğurlu çıxışını davam etdirməyə çalışır.

Məsələ ilə bağlı klub tərəfindən hələlik rəsmi açıqlama verilməyib.