"Çelsi”nin lider futbolçusu Koul Palmer gözlənilməz qəza nəticəsində barmağını sındırıb.

Offsideplus.az xəbər verir ki, futbolçunun vəziyyətinə görə o, komandanın qarşıdakı 3 oyununu buraxacaq.

London klubu “Börnli”, “Barselona” və “Arsenal”a qarşı Palmerdən yararlana bilməyəcək.

Zədənin bərpa müddətinin dəqiq nə qədər çəkəcəyi hələlik məlum deyil.