Ceyms Trafford "Mançester Siti"dən ayrılmağı düşünür.

Offsideplus.az xəbər verir ki, Canluici Donnarummanın gəlişindən sonra ehtiyata düşən 23 yaşlı qolkiper daha çox oynaya biləcəyi bir kluba transfer olmaq istəyir. 

O, İngiltərə yığmasının DÇ-2026 heyətində yer almağı arzulayır. Buna görə də komandasını dəyişməyi planlaşdırır.

C. Trafford bu ilin yayında "Mançester Siti"yə qoşulub. O, "şəhərlilər"in forması ilə 5 oyuna çıxıb və qapısında 5 qol görüb.