"Kristal Palas" klubu təqdirəlayiq addım atıb.

Offsideplus.az xəbər verir ki, onlar görmə problemi yaşayan azarkeşləri də unutmadılar.

Belə ki, bu klub görmə itkisi yaşayan azarkeşlər üçün görmə qabiliyyətini artıran innovativ sistem təqdim edən ilk ingilis futbol klubu kimi tarixə düşüb. 

Yeni VR eynəkləri istifadəçilərə matçları daha aydın və detallı şəkildə izləmək imkanı yaradır.