"Vest Hem" klubunun yeni baş məşqçisi bəlli olub.
Offsideplus.az xəbər verir ki, İngiltərə klubu Nuno Eşpirito Santo ilə anlaşıb. Tərəflər arasında rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis bu vəzifədə Qrem Potteri əvəzləyib.
51 yaşlı baş məşqçinin son klubu "Nottinqem Forest" olub.



