"Mançester Yunayted"in yeni qapıçısı məlum olub.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" Avropada transferin son günündə Senne Lammensi heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belçikalı qolkiperlə 5 illik müqavilə imzalanıb. Onun üçün "Antverpen"ə 21 milyon avro ödənəcək.
23 yaşlı Lammens "Antverpen"də 64 oyun keçirib. O, bu oyunların 12-də qapısını toxunulmaz saxlamağı bacarıb.



