Manuel Akanji "Mançester Yunayted"dən "İnter" klubuna transfer olunacaq.
Offsideplus.az xəbər verir ki, icarə əsasında transferin detalları bəlli olub. A Seriyası klubu Akanji üçün 2 milyon avro icarə məbləği ödəyəcək. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Klub 15 milyon avroya futbolçunu birbaşa transfer edə bilər. Bu maddə Akanji oyunların ən azı 50%-də iştirak etsə və "İnter" A Seriyası çempionu olsa aktivləşəcək.



