"Mançester Siti"nin futbolçusu Erlinq Haaland Premyer Liqa tarixində 100 qola ən tez çatan futbolçu olub.
Offsideplus.az xəbər verir ki, norveçli hücumçu yubiley qolunu ötən gecə keçirilən "Fulhem"lə oyunda vurub.
O, 111-ci oyunda 100-cü dəfə fərqlənib.
Əvvəlki rekord Alan Şirerə məxsus idi. O, 124 oyuna bunu bacarmışdı.
Harri Keyn 141, Serxio Aqüero 147, Tyerri Anri isə 160 oyuna 100-ə çatmışdılar.



