Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, günün son matçı Sumqayıt şəhər stadionunda baş tutub. "Sumqayıt" komandası doğma meydanda "Difai"nin müqavimətini qıraraq 1/4 finala adını yazdırıb.
Oyun qol baxımından məhsuldar olub:
"Difai" – "Sumqayıt" 1:3
Qollar: Ronaldo Vaskez 9’ (Sumqayıt), Ronaldo Vaskez 75’ pen. (Sumqayıt), Kamil Qardaşlı 68’ (Difai), Aleksandr Ramalinqom 90+3’ (Sumqayıt)
Stadion: Sumqayıt şəhər stadionu
Heyətlər:
Difai (start): Sadiq Məmmədzadə | Roman Hüseynov (k) | Əsgər Hüseynov | Nemət Musayev | Bayraməli Qurbanov | Nihad Həsənzadə | Emin Məcidzadə | Rüfət Tahirov | Kamil Qardaşlı | Altayturan Bektaşoğlu | Kamil Sadiqov
ehtiyat: Tural Mirsultanov | Fərid Kazımzadə | Nazim Həsənzadə | Musa Musazadə | Hacıəli Şirəliyev | Miraqşin Abasov | Mühəmməd Həsənov | Nihad İsmayılov | Kristian Kamta
Baş məşqçi: Aydın Qasımov
Sumqayıt (start): Xəyal Fərzullayev (k) | Rauf Rüstəmli | Nihad Əhmədzadə | Nadir Orucov | Vüsal Paşayev | Nikola Ninkoviç | Rayan Senhadji | Ronaldo Vaskez | Masaki Murata | Nsana Simon | Aleksa Yankoviç
ehtiyat: Mehdi Cənnətov | Aftandil Arixov | Rüstəm Əhmədzadə | Səbuhi Abdullazadə (k) | Ruslan Əliyev | Nihad Orucəli | Roi Kehat | Aleksandr Ramalinqom | Pedro Pinto | Keffel Resende | Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç



