"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço "Aston Villa"ya keçməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, ingilis vinger icarə əsasında Birmingem təmsilçisinə keçəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Sanço yayın əvvəlindən bəri bir çox klubla danışıqlar aparıb və nəhayət, yeni klubuna qovuşmaq üzrədir.
"Mançester Yunayted" onu heyətdə düşünmürdü.



