İngiltərəli futbolçu Cek Qriliş karyerasını "Everton"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı vinger icarə əsasında Liverpul klubunda çıxış edəcək. 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Everton" gələn yay 50 milyon funt-sterlinq ödəyərək Qrilişi birdəfəlik transfer edə bilər.

29 yaşlı futbolçu 2021-ci ildən "Mançester Siti"də çıxış edirdi. O, "şəhərlilər"in heyətində 157 oyunda 17 qol vurub və 23 məhsuldar ötürmə edib.