"Beşiktaş"dan ayrılan Artur Masuakunun yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, konqolu futbolçu yenidən İngiltərədə çıxış edəcək. O, Premyer Liqaya yeni yüksələn "Sanderlend"ə qoşulacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Masuaku yeni klubuna azad agent kimi transfer olacaq. 

O, 2022-ci ildən bəri "Beşiktaş"da çıxış edirdi. 31 yaşlı futbolçu burada 108 oyuna çıxıb.

Konqolu sol cinah müdafiəçisi daha öncə 6 il "Vest Hem"in formasını geyinib.