Joze Mourinyo qış transferində komandasını gücləndirə bilər.

Offsideplus.az xəbər verir ki, Manchester United-in rəhbərliyi transferlər üçün 100 milyon funt (112 milyon avro) ayıracağını deyib. Vəsait müdafiəçi və hücumçunun alınmasına sərf ediləcək. Portuqaliyalı mütəxəssis ötən yay klubun müdafiə xəttini gücləndirmək istəyirdi. Lakin “qırmızı şeytanlar” baş məşqçinin tələb etdiyi vəsaiti ayırmadı. Mourinyonun transfer siyahısında Qarri Mauqayr (Lester Citi), Jerom Boatenq ( Bavariya ) və Rafael Varanın (Real) adı var idi. Manchester United İngiltərə çempionatında 10 turdan sonra turnir cədvəlində 8-ci pillədədir.