"Everton" rəhbərliyi "Mançester Siti"nin futbolçusu Cek Qrilişi transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, Liverpul təmsilçisi bu keçidi icarə əsasında etməyi planlaşdırır.
Bu barədə "The Indepentdent" məlumat yayıb.
Qrilişin bu yay "şəhərlilər"i tərk edəcəyi gözlənilir. İngilis futbolçu heyətdə düşünülmür.
O, "Mançester Siti" karyerasında 157 oyunda 17 qol vurub və 23 məhsuldar ötürmə edib.



