İsveçrə yığmasının kapitanı Qranit Caka yenidən Premyer Liqaya qayıtmaq istəyir.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu klubu "Bayer"ə də "Sanderlend"ə getmək istədiyini bildirib. O, Premyer Liqanın debütantı ilə razılığa gəlib.

Bu barədə "The Athletic" məlumat yayıb.

Klublar arasında hazırda danışıqlar davam edir. Caka bu prosesin sürətli tamamlanmağını arzulayır.

O, daha öncə İngiltərədə 7 il "Arsenal"ın formasını geyinib və London klubunun kapitanı olub.