"Sassuolo"nun futbolçusu Arman Loryantenin "Sanderlend"ə transferində problem çıxıb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı vinger ötən gün keçidi tamamlamaq üçün İngiltərəyə gəlib. Lakin bundan sonra transferdə problem yaranıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hazırda razılaşma pozulub və fransalı futbolçu İtaliyaya geri qayıdacaq.
Loryante ötən mövsüm B Seriyasında 33 oyunda 18 qol vurmağı bacarıb.



