Manchester United-in yarımmüdafiəçisi Pol Poqba baş məşqçi Joze Mourinyo ilə bağlı sualı cavabsız qoyub.
Offsideplus.az xəbər verir ki, fransalı futbolçu danışacağı təqdirdə, cərimələnəcəyini bildirib: “Bu barədə danışa bilmərəm, buna icazəm yoxdur. Danışmaq istəyirəm, amma bunu edə bilmərəm. Klub tərəfindən qadağa qoyulub".
Qeyd edək ki, Poqba ilə Mourinyo arasında münasibətlər qaydasında olmadığından, futbolçu klubunu dəyişmək barədə düşünür.