"Mançester Yunayted" Ceydon Sançonu sata bilmir.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" ingilis futbolçu üçün istədiyi məbləği aşağı salıb. Onlar daha öncə 25 milyon funt-sterlinq tələb edirdi. Hazırda isə 10 milyon daha az məbləğə də satmağa hazırdılar.
Bu barədə "GiveMeSport" portalı məlumat yayıb.
Sanço ilə "Yuventus" yaxından maraqlanırdı. Lakin "qoca sinyora" onun yüksək məvacibinə görə bu transferi düşünmür.
25 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi gələn yay başa çatır. Onun bu "mankunianlar"dan ayrılacağı dəqiqdir.



