"Çelsi" klubu növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" "Brayton" Joao Pedronu transfer edib. London klubu braziliyalı futbolçu üçün "qağayılar"a 55+5 milyon funt-sterlinq ödəyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

J. Pedro ilə 7 illik müqavilə imzalanıb.

23 yaşlı hücumçu 2023-cü ildən "Brayton"da çıxış edirdi. O, başa çatan mövsüm Premyer Liqada 27 oyunda 10 qol vurmağı bacarıb.