"Liverpul" klubu yeni transferini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi Florian Virtsin keçidini rəsmiləşdirib. Alman yarımmüdafiəçi ilə 2030-ci ilə qədər müqavilə imzalanıb və o, illik 10 milyon funt-sterlinq məvacib əldə edəcək.

"Liverpul" bu transfer üçün "Bayer"ə 140 milyon avro ödəniş edəcək.