"Çelsi" Ceydon Sanço ilə davam etməyəcək.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" 25 yaşlı futbolçu ilə məvacib məsələsində razılığa gələ bilməyib. Lonson klubu onun "Mançester Yunayted"də qazandığı maaşı ödəmək istəməyib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Çelsi" Sançonu geri göndərdiyinə görə klublar arasındakı razılaşmaya əsasən "qırmızı şeytanlar"a 5 milyon funt-sterlinq ödəyəcək.
İngiltərəli futbolçu "Mançester Yunayted"də də qalmayacaq.