Bruno Fernandeş ciddi şəkildə "Mançester Yunayted"dən ayrılmağı düşünür.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu "Əl-Hilal" klubu ilə danışıqlar aparır. Səudiyyə Ərəbistan klubunun təklifi onu diqqətini cəlb etməyi bacarıb.
Bu barədə "The Athletic" məlumat yayıb.
Fernandeş 2020-ci ilin yanvarından "Mançester Yunayted"də çıxış edir. O, klubun son illərdə ən stabil oyunçusudur.
Portuqaliyalı "qırmızı şeytanlar"ın heyətində 290 oyunda 98 qol vurub və 87 məhsuldar ötürmə edib.