"Mançester Siti" və "Milan" arasında Ticani Reynders üçün danışıqlar davam edir.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" niderlandlı yarımmüdafiəçiyə görə 60 milyon avro və əlavə bonuslar ödəməyi düşünür. "Rossoneri" isə daha çox istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Reynders 2023-cü ilin yayından "Milan"da çıxış edir. O, cari mövsüm 53 oyunda 15 qol vurmağı bacarıb.
Niderlandlı futbolçu bu transferin daha tez bitməyi üçün tətilini yarıda qoyub və danışıqlara daxil olub.