"Çelsi" klubu Ceydon Sançonu birdəfəlik transfer etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, lakin "zadəganlar" 25 yaşlı vingerin "Mançester Yunayted"də qazandığı məvacibi ödəmək istəmir. O, "Çelsi"də davam etmək istəyirsə, maaşını azaltmalı olacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Sanço ötən ilin yayında London klubuna qoşulub. Onun "qırmızı şeytanlar"ın 2026-cı ilin yayına qədər müqaviləsi var.

25 yaşlı futbolçu cari mövsüm 42 oyunda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.