İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə çempion olan “Liverpul” klubunun baş məşqçisi Arne Slot mühüm mükafata layiq görülüb.
Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis İngiltərə Futbol Məşqçiləri Assosiasiyası (LMA) tərəfindən ilin baş məşqçisi adına layiq görülüb. Bu mükafat məşhur “Mançester Yunayted”in sabiq baş məşqçisi Sər Aleks Ferqyusonun adını daşıyır.
Qeyd edək ki, sonuncu dəfə “Liverpul” klubunun baş məşqçisi bu mükafatı 2021/2022 mövsümündə almışdı. Həmin vaxt Yurgen Kloppun rəhbərliyi ilə mersisaydlılar 92 xal toplayaraq turnir cədvəlində ikinci yeri tutmuşdu. Alman mütəxəssis həmçinin 2019/2020 mövsümündə çempion olduqdan sonra da bu nüfuzlu mükafata layiq görülmüşdü.
Xatırladaq ki, Arne Slotun rəhbərliyi altında “Liverpul” 38 turdan sonra 84 xal toplayaraq ölkə çempionu olub. Komanda ən yaxın izləyicisi “Arsenal”ı 10 xal qabaqlayıb.