“​Liverpul”un baş məşqçisi Arne Slot yay transfer planları ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytına danışan niderlandlı mütəxəssis bildirib ki, məqsəd mümkün qədər tez keyfiyyətli futbolçularla güclənməkdir.

“Bizə sadəcə yaxşı futbolçular lazımdır və ideal halda onları mümkün qədər tez transfer etməliyik. Amma yaxşı futbolçunu almaq, xüsusən də transfer pəncərəsinin əvvəlində bunu reallaşdırmaq heç də asan deyil. Bu klub isə transfer bazarında işə bu gün başlamayıb. Mövsüm ərzində hansı oyunçularla maraqlandığımızı müəyyənləşdirmişik və indi onları heyətimizə qatmağa çalışacağıq. Əgər bizə uyğun futbolçu varsa, onu almaq üçün əlimizdən gələni edəcəyik. Amma görək bu nə vaxt baş verəcək və ümumiyyətlə, baş verəcəkmi. Çünki artıq sahib olduğumuz heyətdən razıyam”, – deyə Slot vurğulayıb.

Qeyd edək ki, “Liverpul”un “Bayer”in müdafiəçisi Jeremi Frimpong və hücumameylli yarımmüdafiəçisi Florian Virtslə yaxından maraqlandığı bildirilir.