"Mançester Siti' klubu növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" müdafiənin sağ cinahını "Nyukasl"da çıxış edən Tino Livramento ilə gücləndirmək istəyir. Bu mövqe üçün 4 namizəd var, onlardan biri də 22 yaşlı futbolçudur.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kayl Uolker isə bu yay "Mançester Siti"ni tərk edəcək. O, hazırda icarə əsasında "Milan"da çıxış edir. "Milan" onu birdəfəlik transfer etməsə belə, Uolker "şəhərlilər"də qalmayacaq.