Arsenal-ı Türkiyə milli komandasının və İtaliyanın Roma klubunun gənc futbolçusu Cengiz Ünderi heyətinə qatmaq istəyir. 

Offsideplus.az "Daily Express"ə istinadən xəbər verir ki, London klubu artıq 21 yaşlı hücumçu üçün danışıqlara başlayıb.  Arsenal-la yanaşı, Almaniyanın Bayern Munich klubu da Cengizin transferində maraqlıdır. 

Roma istedadlı oyunçunu 60 milyon avrodan az məbləğə satmayacağını açıqlayıb.