İngiltərənin "Mançester Yunayted" klubu yayda Andre Onana ilə rəqabət edə biləcək qapıçı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın hədəfində "Lill"in çərçivə qoruyucusu Lukas Şevalye var. "Mankunianlar" 23 yaşlı qapıçıya görə 40 milyon avro ödəməyə hazırdır.

Şevalye artıq 3 mövsümdür "Lill"də əsas heyət üzvüdür. O, cari mövsümdə 40 oyunun 11-də qapısını toxunulmaz saxlamağı bacarıb.