İngiltərənin "Liverpul" klubu İbrahima Konate ilə vidalaşmağı düşünür.
Offsideplus.az xəbər verir ki, Mersisayd klubu 25 yaşlı müdafiəçi müqaviləsini uzatmasa, onu bu yay satacaq. Onun hazırki sözləşməsi 2026-cı ilin yayında bitir.
"Liverpul" onu azad agent kimi itirməmək üçün gələn təklifləri dəyərləndirəcək. "Qırmızılar" fransalı futbolçu üçün 50 milyon funt-sterlinq tələb edir.
Konate ilə PSJ və "Real" maraqlanır.